1. Sərt şeyin halı, keyfiyyəti; bərklik, möhkəmlik. □ Qayanın sərtliyi.
2. Məcazi mənada: xasiyyətdə tündlük, tündməzaclıq, kəskinlik. Əsgər özünü yığışdırdı. □ O, Dəmirovun yumşaqlığı içərisində olan sərtliyini də yaxşı anlamışdı. (S.Rəhimov).
3. Sərt hərəkət, sərt rəftar. □ Sərtlik göstərmək.
4. Məcazi mənada: möhkəmlik, səbat, mətanət, ciddilik, sarsılmazlıq. □ ...gözlərindəki məna, üzündəki sərtlik, duruşundakı vüqar əsil kişilik xüsusiyyətləri idi. (Ə.Vəliyev).