Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sağlıq [sağlıx] isim

1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. □ Sağlığa ziyan verən şeylərdən qaçmalı. 
2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost. □ İdris onun sağlığına deyilən tostdan xəbərsiz yatırdı. (Ə.Məmmədxanlı). 
3. Sağlığın şəklində – birindən hal-əhval soruşduqda müsbət mənada cavab kimi işlənir. □ Nə xəbər var, Məşədi? – Sağlığın! (M.Ə.Sabir).
4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. □ Sağlığına, kefim kökdür.

Həmçinin bax:

frazeologizm: sağlığında kor Fatma, öləndə badamgözlü Azərbaycan dilinin izahlı lüğəti