1. Sadə şeyin halı, bəsitlik. □ Layihənin sadəliyi.
2. Məcazi mənada: sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. □ Xasay öz sadəliyinə istehza ilə güldü. (M.Hüseyn).
3. Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq;təvazökarlıq. □ Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. (M.P.Vaqif).