Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

safsar

Məməlilər sinfinin yırtıcılar dəstəsinə aid olan dələlər fəsiləsindən heyvan cinsi.

S.-ın Avrasiyada və Şimali Amerikada 3, Rusiyada isə 2 növü məlumdur. Bədəninin uzunluğu 48 sm-ə, quyruğu isə 16 sm-ə qədərdir. S.-lar həyəcanlananda kəskin iyli maye ifraz edir. Çöl S.-rı böyük gəmiriciləri, meşə S.-ı isə kiçik gəmiriciləri məhv edir. 6-12 il yaşayır.

Biologiya terminlərinin izahlı lüğəti