ər. sahel – sahil, sərhəd + yun. zone – qurşaq
Şimali Afrika səhralarının cənub ucqarlarında səhra landşaftı ilə savanna landşaftı arasında yerləşən təbii vilayət.
S.Z. Atlantik okeanı sahilindən Qırmızı dənizə qədər 3900 km uzanan, eni 400 km-ə çatan, ümumi sahəsi 3,1 mln. km2 təşkil edən bir zolaqdır. O, Seneqal, Mavritaniya, Mali, Əlcəzair, Nigeriya, Sudan və s. ölkələrin ərazisindən keçir. S.Z. tropik iqlimə malikdir, orta illik yağıntı 200-600 mm arasında, orta illik temperatur +18...+36°C arasında dəyişir. Qış fəslində burada bəzən quru qum tufanları müşahidə olunur. S.Z.-nın əsas bitki örtüyü savannalar üçün səciyyəvi olan akasiyadır.
Coğrafiya terminləri lüğəti