Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şahidlik [şa:hitdix'] isim

1. Gözü ilə gördüyü və ya bildiyi bir hadisə və ya iş haqqında bir şəxsin məlumat verməsi, şahid durması.
2. Bir şeyin həqiqiliyini, düzlüyünü rəsmən təsdiq etmək üçün bir işdə iştirak etmə. □ ...Qəmər xanımın şahidliyi ilə Zeynalın ... evlənməsi zaqsda qeyd olundu. (S.Hüseyn).
3. Məhkəmədə şahidin verdiyi məlumat; şəhadət. □ Şahverdi yalançı şahidlik eləyib çox adamı nahaqdan tutdurubmuş. (İ.Əfəndiyev).

Azərbaycan dilinin izahlı lüğəti