Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SAMİRƏ

ərəb. samir sözündəndir. Adətən lüğətlərdə Samirə qadın adının dilimizdə axşam, həmçinin həmsöhbət mənasını ifadə edən Samir kişi adından (bax: ad – SAMİR) ənənəvi yolla yaranması ilə bağlı məlumatlara rast gəlinir.

Məlum olduğu kimi, dilimizin şəxs adları sistemində yer adlarından, şəhər adlarından formalaşmış şəxs adları mövcuddur. Fikrimizcə, adın Ərəbistanda Samirə adlı şəhərin adından olması daha inandırıcı görünür. Samirə qadın adı Azərbaycan antroponimikasına XX əsrin altmışıncı illərindən daxil olmuşdur. Keçən əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti