1. Bax: seçmək.
2. Sifət kimi: oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. □ Seçmə üzük. Seçmə xalça.
3. Sifət kimi: ən hörmətli, ən görkəmli, ən seçilmiş, ən sayılan. □ Toya seçmə adamları çağırmaq.
4. Biologiya. Canlı təbiətin inkişafı prosesində həyatın dəyişən şəraitinə ən çox uyğunlaşmış orqanizmlərin davam gətirib yaşaması. □ Beləliklə, mühit amilləri şəraiti ilə əlaqədar olaraq seçmə nəticəsində camışlarda tənəffüs (südlük) tipi formalaşmışdır. (A.Ağabəyli).
5. Seleksiya.
6. Sifət kimi məcazi mənada: gözəl, xoş, ürəyəyatan. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimi- sinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. (Y.V.Çəmənzəminli).
Saçma, qırma. □ Məni oğru bilib seçməni qarnıma doldurar. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti