1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq. □ Əlbəttə sehrdir, mat qalmalı işdi, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. (M.F.Axundzadə).
2. Məcazi mənada: insanı heyran edən hünər, məharət, qüvvə. □ Arzulardan arzu doğur... Yoxdur sonu arzunun; Bağlanmışdır məna dolu; Sehrinə hər kəs onun. (N.Xəzri).