lat. segregatio – ayrılma
Hər hansı dini, irqi və ya etnik qrupun məcburi şəkildə ayrı saxlanması və ya təcrid edilməsi siyasəti.
S.-ya məruz qalan qrup üzvləri məhdud ərazidə saxlanılır, onların təhsil və tərbiyəsi ayrıca aparılır, sosial ünsiyyətlərinə məhdudiyyətlər qoyulur və s. Adətən, S. dini və irqi ayrı-seçkiliyin təzahürü kimi qiymətləndirilir. Onun ən eybəcər formalarından biri olan aparteid XX əsrin 90-cı illərinədək Cənubi Afrika Respublikasında hökm sürüb.
Tarix terminləri lüğəti