Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

silinmək [silimməx'] feil

1. Yuyularaq, sürtülərək və ya silinərək təmizlənmək. □ Stollar, pəncərələr silinmişdir. 
2. Pozulmaq, görünməz olmaq, silinib getmək, silinib yox olmaq. □ Divarın naxışları silinib. Abidənin yazıları silinmişdir. 
3. Öz bədənini, əlini-üzünü və s.-ni silmək; qurulanmaq. □ Bədən yaş dəsmalla yuxarıdan aşağıya doğru silinməlidir. 
4. Məcazi mənada: unudulmaq, yaddan çıxarılmaq; yox olmaq, silinib getmək, izi qalmamaq. □ ...ad-sanım dünyada bilinsin gərək! Fatehlər tarixdən silinsin gərək! (A.Şaiq). 
5. Məcazi mənada: çəkilmək, görünməz olmaq, yox olmaq. □ Hər iki qızı daha da məlahətli göstərən xəfif təbəssümlər heç birinin üzündən silinmirdi. (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: xatirədən silinmək Azərbaycan dilinin izahlı lüğəti