Reklam
Reklam

Etimologiya lüğəti

Simurq

Quş adıdır, fars mənşəlidir. Murğ (morğ) farsca quş deməkdir. Onlar yara­sa­ya şirmorğ (südü olan quş, yəni məməli heyvan) deyirlər. Dəvəquşu isə şo­tormorğ adlanır. Mənbələrdə simurğ yerinə semirgük, semirkük formaları verilib. Semar (semiz) “жирный” deməkdir. Bəlkə, yağlı (piyli ) quş anlamı ilə bağlıdır? Belə bir ehtimal var ki, simurğ (adam adı olduqda Seymur kimi də işlədilir) “otuz quş” deməkdir. Otuz quş ifadəsi bu əfsanəvi heyvanın böyüklüyünə işarədir: sanki otuz quş qatarlaşıb bir yerdə uçur. Güman etmək olar ki, si (otuz) haçansa son ədəd olub və qeyri-müəyyən çoxluq bildirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti