Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sinə [sinə] isim fars

1. Döş, köks. □ ...Tellinin nəfəs aldıqca qalxıb-enən sinəsinə baxırdı. (S.Hüseyn). 
2. Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyəsi; döş qəfəsi.
3. Yamac. □ Budur, dikbaşlı dağlar; Sinəsi daşlı dağlar; Yerli-dibli sökülür. (M.Müşfiq).
4. Məcazi mənada: ürək, qəlb. □ Sinəm yanır. Sinəsində məhəbbəti olmaq. 
5. Sinəsindən şəklində – özündən. □ Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. (N.Vəzirov).

Həmçinin bax:

frazeologizm: sinə gərmək frazeologizm: sinəsi dolu frazeologizm: sinəsinə dağ çəkmək (basmaq) frazeologizm: sinəsinə döymək frazeologizm: sinəsini sipər (qalxan) etmək frazeologizm: ürəyi sinəsinə sığmamaq Azərbaycan dilinin izahlı lüğəti