Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sistem [sistem] isim yunan

1. Bir şeyin hissələri arasında düzgün, müntəzəm düzülmüş və qarşılıqlı əlaqəyə əsaslanan müəyyən qayda, üsul. □ Kitabxanada kitabların düzülüş sistemi. Hər şeydə səliqə və sistem lazımdır. Yazdıqlarını sistemə salmaq. 
2. Qəbul edilmiş qayda, üsul. Attestasiya sistemini tətbiq etmək. □ Teatrda abunəçilik sistemi. İşçilərin məzuniyyət sisteminə riayət etmək. 
3. Zoologiya. Botanika. Təsnifat, qruplaşdırma. □ Linneyin nəbatat sistemi.
4. Hər hansı bir nəzəriyyənin, təlimin əsasını təşkil edən prinsiplərin məcmusu. □ Uşinskinin pedaqoji sistemi. Dekartın fəlsəfi sistemi.
5. Bir şeyin (təsərrüfat, dövlət, siyasi və s. vahidlərinin) təşkilat, quruluş forması. □ Dövlət quruluşu sistemi. Məhkəmə sistemi.
6. Bir-birilə qarşılıqlı surətdə bağlı hissələrdən ibarət struktur, quruluş. □ Günəş sistemi. Dilin qrammatik sistemi. Əsəb sistemi. Bitkinin kök sistemi. Qan sistemi. 
7. Geologiya. Qazıntı halında tapılan müəyyən heyvan və bitki qalıqları ilə səciyyələnən süxurların məcmusu.
8. Təşkilati cəhətdən birləşdirilmiş təsərrüfat, müəssisə, idarə vahidlərinin məcmusundan ibarət struktur. □ Xalq maarifi orqanları sistemi. Səhiyyə sistemi. Elmlər akademiyası sistemində işləmək. 
9. Bir məqsədə xidmət edən mexanizm, maşın və s. vasitələrin qarşılıqlı əlaqəsi məcmusundan ibarət texniki qurğu. □ Elektrik şəbəkəsi sistemi. İsitmə (qızdırma) sistemi. 
10. Bir-birilə bağlı olan və bir məqsədə xidmət edən maşınların, mexanizmlərin və s.-nin məcmusundan ibarət texniki qurğular.
11. Texniki quruluş prinsipi; konstruksiya. □ Hər cür sistemə aid traktorlar. Avtomat pulemyot sistemi. 

Həmçinin bax:

jurnalistika: axtarış sistemi jurnalistika: dövlət sirrinin mühafizəsi sistemi jurnalistika: xəbər axtarış sistemi jurnalistika: informasiya axtarış sistemi jurnalistika: informasiya sistemi jurnalistika: informasiyanın mühafizə sistemi jurnalistika: kabel televiziya sistemləri coğrafiya: barik sistemlər coğrafiya: çay sistemi coğrafiya: dağ sistemi coğrafiya: Devon sistemi coğrafiya: Dördüncü dövr sistemi coğrafiya: energetika sistemi coğrafiya: əkinçilik sistemi coğrafiya: geosentrik sistem coğrafiya: Günəş sistemi coğrafiya: Günəş sisteminin kiçik cisimləri coğrafiya: heliosentrik sistem coğrafiya: Kembri sistemi coğrafiya: kommunikasiya sistemləri coğrafiya: nəqliyyat sistemi coğrafiya: Ordovik sistemi coğrafiya: Silur sistemi coğrafiya: suvarma sistemi coğrafiya: Təbaşir sistemi coğrafiya: Trias sistemi coğrafiya: yenidən törənmiş dağ sistemləri coğrafiya: Yer-atmosfer sisteminin radiasiya balansı Azərbaycan dilinin izahlı lüğəti