1. Müəyyən bir sistem təşkil edən; müəyyən bir plan əsasında qurulmuş, müəyyən sistem üzrə qurulmuş. □ Sistematik təsvir. Sistematik kataloq. Sistematik surətdə.
2. Müəyyən sistemə əsaslanan; tam, ardıcıl, planlı. □ Təbii sərvətlərin sistematik tədqiqi. Sistematik təhsil almaq. Xarici dillərin sistematik öyrənilməsi.
3. Daimi, müntəzəm. □ Əməkçilərin həyat səviyyəsinin sistematik yaxşılaşdırılması. Tapşırıqların yerinə yetirilməsini sistematik yoxlamaq.