Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

solğun [solğun] sifət

1. Rəngi qaçmış, rəngi solmuş, soluq; təravəti getmiş, təravətini itirmiş, solmuş, saralmış, ölgün. □ Solğun çöhrə. Solğun çiçək. Solğun yarpaq. 
2. Məcazi mənada: pəjmürdə, tutqun, pərişan, dilxor. □ ...Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? (C.Cabbarlı).
3. Rəngi yaxşı bilinməyən, parıltısı nəzəri cəlb etməyən, ölgün. □ Solğun parça. Solğun pərdə. 
4. Ağarmış, bozarmış, rəngi getmiş. □ Orada-burada solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. (Y.V.Çəmənzəminli). 
5. Parıltısız, tutqun, işığı zəifləmiş, ölgün. □ Solğun şəfəq. Solğun işıq. 
6. Məcazi mənada: dili, üslubu təsirli, ifadəli olmayan; çox zəif. □ Solğun tərcümə. Əsərin solğun dili var.

Azərbaycan dilinin izahlı lüğəti