Həm də qoşma funksiyasında işlədilən bu zərfin kökü son sözüdür. -ra hissəsi isə yer kəlməsinin şəkilçiləşmiş formasıdır: söz sonyer kimi olub, zaman keçdikcə sonra şəklinə düşüb. Sonulamaq sözü də kökün son olmasını sübut edir. Bu-ra, o-ra, son-ra tipli sözlər göstərir ki, burada düzəltmə məqamı mövcuddur, yəni həmin sözləri sadə hesab etmək doğru deyil (kök də, şəkilçi də müstəqil işlənə bilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti