Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tırınqı

Azərbaycan folklorunda lirik şeir forması; bəndlərinin dördüncü misrası eyni olan qoşma.

Qafiyə quruluşu a.a.a.b, c.c.c.b ... şəklində olur. T.-ların qoşmalardan bir fərqi budur ki, həmişə 3 bənddən ibarət olur. Mövzu baxımından T.-larda həsrət, qürbət motivi üstünlük təşkil edir. Lirik qəhrəman elini-obasını, dost-tanışını görməyi, onlara qovuşmağı arzulayır. Nümunə:

Bir quşa dönəydim, uçaydım geri,

Bir də dolanaydım o doğma yeri.

İrəvan deyilən bəridi, bəri,

Tanrı, özün yetir o yurda məni.

                        ***

Bir quşa dönəydim, qonaydım ora,

Bəlkə, bitişəydi sinəmdə yara.

Burda, qəriblikdə düşmüşəm tora,

Tanrı, özün yetir o yurda məni.

                        ***

Bir quşa dönəydim, ötəydim orda,

Belə qalmayaydım çətində, darda,

O cənnət məkanı mən tapım harda?

Tanrı, özün yetir o yurda məni.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti