1. Şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar və ya başqa şey; probka. □ Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi. (İ.Hüseynov).
2. Məcazi mənada: normal hərəkətə, axına mane olan şeylərin toplusu; probka. □ Maşınlardan küçədə tıxac əmələ gəlmişdi.
3. Neft quyularında borunun içinə yığılan və nasosun normal işləməsinə mane olan parafin və s. qatı. □ Borunu dəyişmək lazımdır, – deyə qoca usta, nəhayət qamətini düzəltdi: – Yoxsa yenə tıxac bağlayacaq. (Y.Əzimzadə).