Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təbərrük [təbərrüx'] isim ərəb

1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s. □ Novruz bayramında təhvil saxlayıb, təhvil suyunun üstündə dava-mərəkə salardılar və ağsaqqal, qarasaqqal o təbərrük suyu qapış-qapış edərdilər. (Ə.Qəmküsar).
2. Məcazi mənada: az tapılan, az ələ düşən hər bir şey. □ Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. (B.Bayramov).

Azərbaycan dilinin izahlı lüğəti