Təbii ehtiyatların saxlanması və səmərəli istifadəsini təmin etmək, onların tükənməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər sistemi; ətraf mühitin qorunması.
T.M. ilə ən müxtəlif səviyyələrdə dövlət orqanları, ictimai birliklər, beynəlxalq təşkilatlar məşğul olur. Bu məqsədə nail olmaq üçün torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları ilə çirklənməsinə qarşı mübarizə, meşələrin, nəsli kəsilməkdə olan bitki və heyvanların xüsusi rejimlə qorunması, təbiət abidələrinin bərpası kimi üsullar tətbiq edilir, qanunlar yaradılır, monitorinq, maarifləndirmə, təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Coğrafiya terminləri lüğəti