Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təcdidi-mətlə

Qəsidənin ortasında işlədilən həmqafiyə beyt, yeni mətlə.

Ərəb dilində təcdid yeniləmə, təzələmə deməkdir. T-M.-nin qafiyəsi və vəzni qəsidənin mətlə beyti ilə eyni olur. T-M.-dən sonra şeirin mövzusu dəyişir: mədhlə başlayan qəsidə sanki məhəbbət mövzusunda qəzəl kimi davam edir. Məsələn, türk şairi Nəfinin Sultan Osmana həsr etdiyi mədhiyyə belə başlanır:

Səfderi-məni dili-sahib-qiranımdır mənim,

Tiği-şəmşiri-Cahangiri zəbanımdır mənim.

Mövcud qafiyə və rədiflə, eyni vəzndə davam edən qəsidənin ortasında şair belə bir yeni mətlə − həmqafiyə beyt işlədir:

Aşiqəm, şuridəlik arami-canımdır mənim,

Qəmzeyi-dilbər bəlayi-nagəhanımdır mənim.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti