İnsanı hər hansı fəaliyyətə və ya hərəkətə sövq edən məlumat, yaxud reklam materialı.
T.İ. çağırış, məsləhət, qərar, xahiş, tapşırıq formasında ola bilər. Qeyri-qanuni əməllərə, həbelə milli-mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik edən məlumatların və reklamların yayılmasına görə hüquqi məsuliyyət nəzərdə tutulur. Peşə etikası kodeksləri münaqişələri, kriminal, yaxud bədbəxt hadisələri, terror aktlarını işıqlandıran jurnalistlər qarşısında zorakılığa təhrik edən informasiya yaymamaq və buna səy göstərənlərin əlində alət olmamaq tələbi qoyur. Etnik münaqişələri, intihar hallarını işıqlandıran reportyorların bu tələbə əməl etməməsi nəticəsində yaşanan faciələr, bununla əlaqədar mətbuat şuralarına, məhkəmələrə müraciətlər barədə jurnalistikada çoxlu sayda kazus var.
Jurnalistika terminləri lüğəti