Reklam
Reklam

Etimologiya lüğəti

təkər

Mənası “ox ətrafında fırlanan” deməkdir. Dəyirmi sözü ilə qohumdur. Dəyir­man kəlməsi də təkər (dəyirmi) sözü ilə bağlıdır. Rus dilindəki колесо sözü yu­nan mənşəlidir və qədim mənası “ətrafında fırlanıram” deməkdir. Araba təkəri aşağıdakı hissələrdən ibarət olur: şin (qurşaq), qasnaq (qəsək də deyilir), dişlər, top, dulğu. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti