1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. □ Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir?
2. Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. □ Tətilçilərin tələbi.
3. Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). □ Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər.
4. Ancaq cəm şəklində tələblər – tələbat, ehtiyac. □ Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri.
Həmçinin bax: