Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təlim [tə:lim] isim ərəb

1. Öyrətmə, dərs vermə, oxutma, tədris. □ Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi.
2. Qoşun və s. nizami bölmələrdə əsgərə döyüş və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri məşq. □ Atəş təlimi. Topçuluq təlimi.
3. Hər hansı bir sahə haqqında nəzəriyyə, nəzəri sistem, nəzəri müddəaların məcmusu. 
4. Hər hansı bir alimin, mütəfəkkirin əsas müddəaları, görüşlərinin məcmusu, görüşlər sistemi. □ H.Zərdabinin təbiət haqqındakı təlimi.

Azərbaycan dilinin izahlı lüğəti