1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; güclə soxmaq, salmaq, doldurmaq, dürtmək, dürtüşdürmək. □ Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək.
2. Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq. □ ..gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: – Sərvaxt olun, heyvana canavar təpər.. (S.Rəhimov).
3. Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə). □ Şah bu sözlərini qurtaran tək .. təsnif oxuya-oxuya keçə təpirlər. (Ü.Hacıbəyli).
4. Təpik atmaq, təpikləmək. □ Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. (M.V.Vidadi).
5. Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında). □ ..Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. (M.Rzaquluzadə).
Belləmək. □ Gülşən elə cəld, elə sürətlə yer təpirdi ki, onun üz-gözündən tər axırdı. (Ə.Vəliyev).
Həmçinin bax: