Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təsadüfi [təsa:düfi] sifət ərəb

1. Nəzərdə tutulmadığı, gözlənilmədiyi halda baş verən, təsadüf nəticəsində olan. □ Təsadüfi görüş. Təsadüfi uyğunluq.
2. Hərdənbir, təsadüfdən-təsadüfə olan, baş verən, əldə edilən; daimi olmayan. □ Təsadüfi gəlir.
3. Lazımi qədər əsası, səbəbi olmadığı halda, səbəbsiz törəyən, zərurətdən doğmayan, qanunauyğun törəməyən. □ “Anamın kitabı”nı Cəlil Məmmədquluzadə yaradıcılığında təsadüfi bir hadisə hesab etmək olmaz. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti