ərəb. tahir sözündəndir. Tahirə qadın adı təmiz, saf, pak, həmçinin günahsız, ismətli, namuslu və buna yaxın mənaları ifadə edən Tahir kişi adından (bax: ad – TAHİR) ənənəvi yolla yaranmışdır.
İslam dini ilə əlaqədar mənbələrdə adın Məhəmməd Peyğəmbərin qızı, imam Əlinin xanımı Fatimənin ləqəbi olması barədə məlumatlar mövcuddur. Fatimənin doqquz adından biri olduğu üçün müsəlman dünyasında geniş yayılmış şəxs adlarındandır. Fatiməyə bu ləqəb onun namuslu, saf və müsbət keyfiyyətlərinə görə verilmişdir. İslam dini ilə əlaqədar rəvayətlərdə deyilir ki, ləqəblərindən biri də Tahirə olan Fatimənin adı Allahın Fatir adından götürülmüşdür. Fatiməyə hər cür pislik və çirkinlikdən uzaq olduğuna görə Tahirə deyirmişlər. Adın Şərq ölkələrinin, eləcə də türk xalqlarının məişətində yayılması da bununla əlaqədardır. XX əsrdə məişətimizdə geniş yayılmış Tahirə qadın adı artıq müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün, yəni XXI əsrdə adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğəti