Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

takır

türk. takır – hamar, çılpaq

Daşlı, qumlu və gilli səhraların çökək relyef formalarında səthi xırda çoxbucaqlı çatlarla parçalanmış, bitki örtüyündən məhrum gilli-şoran sahə.

T.-ın sahəsi bir neçə yüz m2-dən bir neçə km2-dək ərazini tuta bilər. T.-lar Orta Asiya və Qazaxıstanın səhralarında daha geniş yayılıb. ABŞ-ın səhra rayonlarında playa adlanan relyef formaları T.-lara uyğundur.

Coğrafiya terminləri lüğəti