1. Hərb. Öz təyyarəsini, gəmisini, ya tankını düşmən təyyarəsinə, gəmisinə, ya tankına zərblə vurmaqdan ibarət döyüş üsulu. □ Birdən gur səs ilə deyir ucadan: – Gülləm yoxsa əgər, üsul var! Taran! (M.Rahim).
2. Hərb. Düşmənin cəbhəsini yarıb onun mövqelərinə soxulmaqdan ibarət döyüş əməliyyatı, həmçinin bu əməliyyatı həyata keçirən zərbə.
3. Hərb. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb aləti.