Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

talassokratik dövrlər

yun. thalassa – dəniz + yun. kratos – qüvvə, güc

Yer tarixində dənizlərin sahələrinin xeyli genişləndiyi dövrlər.

T.D. Yerin quru sahələrinin böyüməsi ilə xarakterizə olunan geokratik dövrlərlə müqayisə edilir və zaman etibarilə Yer səthinin əksər hissəsində enmənin üstünlük təşkil etdiyi tektonik tsikllərin ortalarına uyğun gəlir. Dənizlərdə çökmə süxur qatları, əsasən, bu dövrlərdə formalaşıb. T.D.-ə Yerin geoloji tarixində Orta Kembri, Üst Silur, Orta və Üst Devon, Alt Karbon və Üst Təbaşir aid edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti