1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq. □ Bir quşum var, firəngi; Talvarda vurar zəngi; Nə yemir, nə içmir; Nə dili var, nə həngi. "Saat" (Tapmaca).
2. Evin girəcəyində qapıya yapışıq üstüörtülü yer. □ Evin talvarı.
3. Ətrafı görmək üçün gözətçinin üstündə durduğu hündür tikili. □ ..Keşikçi talvarından başqa heç nə görünmürdü. (Ə.Əbülhəsən).
4. Tənək üçün dirəklər üzərində üstünə nazik taxtalar, borular düzülən və ya məftil çəkilən qurğu. □ Üzüm talvarı. Tənəyi talvara çıxarmaq.