Reklam
Reklam

Etimologiya lüğəti

Tanrı

Mənşəyi haqqında iki mülahizə ola bilər:

1. Tanımaq feili ilə bağlıdır, “tanınan”, “sitayiş edilən” deməkdir. 

2. Göy (səma) mənasında xan təgrə birləşməsinə rast olmuşam. Təgrə “qübbə” deməkdir, xan isə məlumdur. Bizdə tanrıgöy si­nonim sözlər olub. Deməli, Tanrı –göyün xanı (sahibi) deməkdir. Allah sözü ərəb dilindən keçənə qədər türk aləmində Tanrı sözü onu əvəz edib və islamdan çox-çox qabaq tanrıçılıq (təngriçilik) dinimiz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti