Reklam
Reklam

Etimologiya lüğəti

tar1

Bu çalğı alətinin adı farscadır, tar “sim” deməkdir (simli alət olduğu üçün belə adlanır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

tar2

Bu söz bir neçə mənada işlədilir: toyuğun çıxdığı hündür yer, qar topası və s. Hər iki halda hündürlük anlamı əsas götürülür, fars mənşəlidir. Tar rus dilinə “вершина” kimi tərcümə olunub. Güman ki, talvar (hündür yer) sözü də bununla qohumdur. Demək, tar qaranlıq, musiqi aləti, sap (tük, əriş, sim, ip) mənalarında işlədilir. Çadır (əsli: çəhar tar) sözü də “dörd sap” (dörd sapdan toxunduğu üçün belə adlanıb) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti