Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

telemarafon

lat. tele – uzaqdan + yun. maraphon – yüngül atletikada qaçış üzrə yarış növü

Diqqəti müəyyən problemə yönəltmək və onun həllinə vəsait toplamaq üçün elm, mədəniyyət, incəsənət ­xa­dim­lərinin iştirakı ilə keçirilən uzun­­müddətli və fasiləsiz veriliş formatı.

T.-lar interaktiv olur, birbaşa efirdə ya­­­yım­lanır, adətən, yarı tok-şou, yarı konsert şəklində təşkil edilir. 2011-ci ildə Ukraynada ölkənin müstə­qil­liyinə dəstək kam­paniyası çərçivəsində 52 saat davam edən T. ən uzun fasiləsiz tok-şou kimi «Ginnesin rekordlar kitabı»nda qey­də alınıb.

Jurnalistika terminləri lüğəti