lat. tele – uzaq
Televiziyada qəzet estetikası əsasında qurulmuş reklam-informasiya xarakterli veriliş.
Qəzetlər müxtəlif olduğu kimi, telekanallarda da belə verilişlərin fərqli formatlarına rast gəlmək mümkündür. Bəzi telekanallarda (məs.: Rusiyanın «STS-Prima» və Qazaxıstanın KTK kanalları) T. qaçan sətirlə ekrana çıxarılan xəbərlərdən, habelə ardıcıllıqla bir-birini əvəzləyən reklam və elanlardan, digərlərində (məs: Estoniyanın «Orsent TV» şirkəti) «xəbərlər», «məsləhətlər», «qoroskop», «reklam və elanlar» kimi ayrıca rubrikalardan ibarət olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti