1. Tel sözü “sim”, “saç”, “saçaq”, “ziya”, “şüa”, “qızıl”, “yaxşı” anlamlarında işlədilib (“qızıl” mənası türkmən dilində indi də var). Telli sözünün “yaxşı” mənası Qazaxda indi də qalır: bu telli kəldir, arabanı yaxşı çəkir. Telli qadın adı kimi “ziya”, “yaxşı”, “qızıl” sözləri ilə bağlıdır, güman edirəm ki, saç kəlməsi ilə əlaqəsi yoxdur (hamıda tel olur, amma hamıya Telli demirlər). Qadın adı olan Telli sözü durna teli (bəzəkli), telli sona (gözəl) birləşməsindəki tel sözü ilə də bağlı ola bilər. Zülfiyyə sözünün sinonimi kimi də başa düşmək olar.
2. “Qızıl (bəzən gümüş) sapla bəzədilmiş” deməkdir. Anadolu türklərində gəlin teli ifadəsi “gəlini bəzəmək üçün qızıl sap” mənasında işlədilir. Ərəbcə təla (qızıl) sözündəndir. Qadın adı olan “Telli” də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti