Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

timsal [timsal] isim ərəb

1. Nümunə, örnək, misal. □ Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır. (Atalar sözü).

2. Məsəl, zərbi-məsəl. □ Məşədi Həsən əmi əlavə olaraq.. tat şivəsi ilə bir timsal da söylədi. (S.Hüseyn).
3. Klassik ədəbiyyatda şəkil, rəsm, surət, təsvir mənalarında işlənmişdir. □ Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. (M.F.Axundzadə).
4. Ədəbiyyatşünaslıq. Arxaizm. Adamları və onların əməllərini eyhamlı şəkildə təsvir edən, əksərən mənzum, nəsihətamiz qısa ədəbi əsər. □ Rusların məşhur ədibi.. Krılov “Ağacın yarpaqları və kökləri” adlanan bir timsalında yazır. (F.Köçərli).

Azərbaycan dilinin izahlı lüğəti