Reklam
Reklam

Etimologiya lüğəti

toğlu

Qoyunun balası 6 aya qədər quzu, sonra isə (1 yaşa qədər) toğlu adlanır. Bu söz, məncə, tük sözü ilə bağlıdır. Toğlu qoyunun ilk dəfə qırxıla bilən, yun gətirən dövrüdür. Qoyun sözü isə “isti” anlamını verən və qaynamaq sözündə olan qay (əsli: köy) sözü ilə bağlıdır (dərisi, yunu isti olur). İkinci yozum da müm­kündür: Çin dilində toq sözü var, “buynuz” deməkdir. Görünür, toqlu “buynuzlu” (təzə buynuz çıxaran) deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti