Ağdam, Cəbrayıl, Göyçay, Mingəçevir, Şəki
İki qurdun birlikdə sarıdığı çıxar barama. □ Tompal baramanın içində iki qurd olur (Ağdam); Tompal baramanı piliyə qatıllar (Göyçay); Baramamızın tək-tükü tompaldı (Cəbrayıl); Bir barama.n içində iki qurd olur, una diyillər tompal (Şəki).
Mingəçevir
Bax: tomba.
Azərbaycan dilinin dialektoloji lüğəti