Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

topa [topa] sifət

1. Qalaq, yığın. □ Topa şeylər.
2. İsim kimi: qalaq, yığın. □ Xırman topası.
3. Bir yerə toplaşmış, bir yerə yığılmış; dəstə, yığın. □ Başqa bir topa uşaq da Xəzər sahilindən .. söhbət açıb keçirdiyi günlərdən qızğın danışırdı. (S.Rəhimov).
4. İsim kimi: bir yerə toplaşmış, bir yerə yığılmış adamlar; dəstə, yığın. □ ..Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. (Ə.Əbülhəsən).
5. İsim kimi: eyni mənada heyvanlar haqqında. □ Tapdıq papağını çıxarıb, kəpənək topasının üstünə atdı. (Ə.Vəliyev).
6. Sıx, qalın. □ Vəli kişi topa saqqalını sığallayıb, qəti və bir az da acıqlı etiraz etdi. (M.İbrahimov).

Həmçinin bax:

coğrafiya: laylı-topa buludlar coğrafiya: lələkvarı-topa buludlar coğrafiya: topa buludlar coğrafiya: topa-yağış buludları coğrafiya: yüksək topa buludlar Azərbaycan dilinin izahlı lüğəti