Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toplanış [toplanış] isim

1. Müəyyən bir iş görmək üçün bir yerə toplaşma, yığılma; toplantı. □ Nümayişə toplanış səhər saat 8-də olacaq.
2. Hər hansı bir təşkilat, kollektiv üzvlərinin yığıncağı. □ Hər axşam .. toplanış olurdu. (S.Hüseyn).
3. Belə yığıncağın iştirakçıları, üzvləri. □ Toplanışın qərarı.
4. Hərbi mükəlləfiyyətli şəxslərin qısamüddətli təlim üçün hərbi idarənin sərəncamında olması. □ Zabitlərin toplanışı. Düşərgə toplanışı.
5. Təlim, məşq, təlimat məqsədilə qısa müddətə bir yerdə olma. □ Təbliğatçıların toplanışı.
6. Dərmə, yığma, toplama. □ ..Bir azdan məhsul toplanışı başlanacaq, iş qızışacaqdır. (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti