Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toppuz [topbuz] isim

1. Başı girdə çomaq, dəyənək. □ Arifə bir işarə, qanmaza min toppuz. (Atalar sözü).
2. Sifət kimi: başı bu şəkildə olan. □ ..Evin aşağı tərəfində divara söykənmiş başı toppuz çomağını götürüb getdi. (Ə.Abasov).
3. Ucu toxmaqlı zopadan ibarət qədim silah. □ Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz götürdü, Koroğlunun yanına qayıtdı. (“Koroğlu”).

Azərbaycan dilinin izahlı lüğəti