Reklam
Reklam

Etimologiya lüğəti

toxa

Toxunmaq (zərbə endirmək) sözü ilə kökdaşdır. Sözün kökü “tox”dur, ondan toxa ismi, toxutoxmaq feilləri əmələ gəlib (indi toxmaq isim kimi işlədilir). Qala sözü qal feilindən əmələ gəldiyi kimi, həmin qəlib üzrə də tox sözündən toxa kəl­məsi törəmişdir. Xış meydana çıxmamışdan əvvəl toxa yeri şumlamaq aləti olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti