Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toxumluq [toxumlux] isim

1. Toxum kimi əkilmək üçün ayrılmış dən; tumluq. □ Mirzə Valeh arpadan .. ayırıb, gələcək toxumluq üçün saxladı. (S.Rəhimov).
2. Sifət kimi: əkmək üçün yararlı, əkilmək üçün ayrılmış; tumluq. □ Toxumluq qarğıdalı.
3. Toxum almaq üçün əkilmiş sahə. □ ..Tarla və bostanların toxumluqları belə çalınmışdı. (Y.V.Çəmənzəminli).
4. Fiziologiya. Erkək cinsiyyət vəzisi. □ ..Toxumluqlar içərisində spermatozoid adlanan toxum hüceyrələri əmələ gəlir.
5. Botanika. Çiçəyin toxum əmələ gələn hissəsi. □ Çiçəyin toxumluğu yuxarıda çox vaxt 3 yuvalı, bəzi hallarda isə 4 və ya 6 yuvalı olur.

Azərbaycan dilinin izahlı lüğəti