Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toxunmaq1 [toxummax] feil

1. Əl və ya bədənin başqa bir üzvü ilə bir şeyə dəymək, təmas etmək, əlini vurmaq. □ Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı... (Ə.Məmmədxanlı).
2. Əl vurmaq, qarışdırmaq, dəymək. □ Bu kitablara kim toxunub? Heç kəs bu kağızlara toxunmasın.
3. Məcazi mənada: üstündə ötəri dayanmaq, bəhs etmək, danışmaq. 
4. Məcazi mənada: pis təsir etmək, təhqir etmək, könlünə dəymək, sataşmaq. □ Könlünə toxunmaq.
5. Məcazi mənada: inkar şəklində toxunmamaq – əl dəyməmək, işi olmamaq, dəyməmək, dəyib-dolaşmamaq, sataşmamaq. □ Bu eybəcər quşa kimsə toxunmaz; Səsindən, özündən həzz alaq deyə. (B.Vahabzadə).
6. Məcazi mənada: aidiyyəti olmaq, əlaqəsi olmaq, dəxli olmaq. □ Bu məsələ mənə toxunmur.

toxunmaq2 [toxummax] feil

“Toxumaq” feilinin məchul növü. □ Parça toxunmaq. Əlcək toxunmaq. Xalça toxunmaq.

Həmçinin bax:

frazeologizm: çibanına toxunmaq frazeologizm: əsəblərinə toxunmaq frazeologizm: kefinə dəymək (toxunmaq) frazeologizm: könlünə dəymək (toxunmaq) frazeologizm: qeyrətinə toxunmaq frazeologizm: qəlbinə dəymək (toxunmaq) frazeologizm: qüruruna toxunmaq frazeologizm: ləyaqətinə toxunmaq frazeologizm: mənliyinə toxunmaq frazeologizm: sarı simə toxunmaq (vurmaq) frazeologizm: sədəmə toxunmaq frazeologizm: şəninə toxunmaq frazeologizm: ürəyinə dəymək (toxunmaq) frazeologizm: yaralı yerinə toxunmaq (dəymək) frazeologizm: yarasına toxunmaq Azərbaycan dilinin izahlı lüğəti