Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toypayı [toypayı] isim

1. Toy hədiyyəsi. □ ..anasının aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. (Ə.Haqverdiyev).
2. Keçmişdə şah, xan sarayında olan toy münasibətilə əhalidən yığılan natural vergi. □ Sarayda toy hazırlığı gedirdi: biçilir, tikilir, kəndlərdən toypayı yığılır, gələcək qonaqların siyahısı tutulurdu. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti