Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

toyuq [toyux] isim

1. Yumurta, tük və ət almaq üçün saxlanan ev quşu. □ Ətlik toyuq. Toyuq hini. Çaqqalın yuxusuna toyuq gələr. (Atalar sözü).
2. Həmin quşun əti. □ Toyuq bişirmək.
3. Sifət kimi: həmin ətdən bişirilmiş, hazırlanmış. □ Toyuq kababı. Toyuq şorbası.
4. Zoologiya. Toyuqkimilər dəstəsindən olan quşların dişisi. □ Qırqovul toyuğu.

Həmçinin bax:

frazeologizm: başqasının toyuğuna “kiş” deməmək frazeologizm: bir adamın toyuğuna “kiş” deməz (daş atmaz) frazeologizm: bişmiş toyuğun gülməyi gəlir frazeologizm: heç kəsin toyuğuna daş atmamaq frazeologizm: heç kimin toyuğuna “kiş” deməmək frazeologizm: özgəsinin toyuğuna “kiş” deməmək frazeologizm: toyuq birqıçlıdır frazeologizm: toyuq tara çıxanda frazeologizm: toyuq tardan düşəndə frazeologizm: toyuq yumurtlamadı, yumurtlamadı, falını da yedi? Azərbaycan dilinin izahlı lüğəti