1. Qalay, qurğuşun və s. metallarla qarışıq mis ərintisi. □ Oymaqlar əksəriyyətlə çuqundan, poladdan və tuncdan hazırlanır.
2. Sifət kimi: tuncdan qayrılmış, tuncdan tökülmüş. □ Tunc dəstək.
3. Sifət kimi məcazi mənada: sarsılmaz, möhkəm, bərk, qüvvətli mənasında. □ Sən yüksəldikcə bir səs deyir: – Min illər yaşa; Üfüqlərə toxunsun tunc biləkli qolların! (M.Müşfiq).